7 milli komanda DÇ-nin “pley-off”una çıxıb - Siyahı

17:50 24.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə 2026-cı il Dünya Çempionatının qrup mərhələsinin ikinci turu başa çatandan sonra bəzi məsələlərə aydınlıq gəlib.

Hafta.az-ın məlumatına görə, qrup mərhələsinin ikinci turundan sonra “pley-off”a 7 komanda vəsiqə qazanıb.

Meksika, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina və Kolumbiya artıq 32 komandanın yarışacağı “pley-off”dadır.

Qrup mərhələsinin son oyunları 24-28 iyun tarixlərində keçiriləcək. Dünya Kuboku 19 iyulda başa çatacaq.

Xatırladaq ki, sonuncu dəfə Argentina 2022-ci il finalında Fransanı penaltilərlə məğlub edərək dünya çempionu olub.